Daha bir vətənpərvər insanımızı itirdik

Rəfi haqqında bu sətrləri yazmaq çox ağırdı. 59 yaşında. Doğma kəndini görmədən…


Həyat eşqiylə dolu, vətənpərvər, özü və oğlu da Vətən müharibəsində əməyi olan Rəfi Əsgərovu itirdik. Rəfi Əsgərov doğulub boya-başa çatdığı Ağdərə rayonunun Baş Güneypəyə kəndini görmədən bizlərə vida etdi. Amma onu yaxından tanıyan biri kimi bilirəm ki, yenidən o dağları görmək və keçdiyi cığırlardan keçmək onun ən böyük arzusuydu…


Oğlu Turan Rəfi oğlu Əsgərlini də Vətənin müdafiəsinə yola salıb Vətənimizin azadlığı haqqında sosial şəbəkələrdə paylaşımlar etməsi onun bu arzusuyla bağlıydı. Rəfi Əsgərovun atası da müharibə veteranıydı.


Ağdərə daha bir vətənpərvər oğlunu itirdi. Rəfi bir rayondan deyil, eldən gedən bir soydaşımızdı. Öz Vətən, el-oba təəssübkeşliyi ilə örnək bir insanımızdı. İtirdik, vaxtsız, vədəsiz gələn bir xəbərlə…

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi Rəfi Əsgərovun vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.


Məkanı cənnət olsun!


Allah rəhmət eləsin!


Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: