TƏBRİK: HƏBİBOV FUAD RAFIQ OĞLU — 49

  AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev  ehtiyyatda olan polkovnik leytenant Həbibov Fuad Rafiq oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib- tükənməyən naliyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. AMİN!

    Ehtiyyatda olan polkovnik leytenant Fuad Həbibov  09 sentyabr 1972-cı ildə anadan olub.

    O,1979 -cu ildə birinci sinifə gedib, 1989-ci ildə birinci sinifi bitirdikdən sonra Baki Dövlət Ünverstetinə daxil olmuş və 1993 -cü ildə isə  həmin Ünversteti bitrmişdir.

    Həbibov Fuad  Rafiq oğlu 1994 — cü illdən 18 dekabr 2015- ci  tarixə kimi Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş idarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə aticı, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində  baş  zabit, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsində Planlaşdırma və  Metodiki vəsaitlərin hazırlanması bölməsində baş zabit, Daxili Qoşunların Baş idarəsinin Qərgahının  Qoşun xidmətində və Döyüş hazırlığı şöbəsində  baş zabit  vəzifələrində xidmət etmişdir

O,Azərbaycanın Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, Döyüş hazırlığı  və Qoşun xidməti üzrə Əsanamələrin, təlimatların, direktivlərin  tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.

    Polkovnik- leytenant Həbibov Fuad Rafiq oğlu peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə, həmyaşıdlarından əhatəli davranışı ilə, sadəliyi və səmimiyyəti ilə,böyüklərə ehtiram və hörməti ilə, vətənsevərliyi ilə, dəqiqliyi və təmkinliyi  ilə seçilən ən məhsuldar dövrünün 27 illk şərəfli xidmət yolunun  iyrimi bir ilini  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə kecirib, altı ilini isə  Azərbaycan Ordusunuda müqavilə əsasında keçirir.

   O, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsində  və Daxili Qoşunların Baş İdarəsinin Qərargahında xidmət etdiyi illər ərzində, qəflətən qarşıya cıxan xüsusi və döyüş tapşırıqlarının yerinə yetirilməsində,  ona həvalə edilmiş vəzifələrin  icrasında, cinayətgarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai əsayişin qorunmasında, cəzaçəkmə   müəssisələrində,   şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

      Fuad Həbibov Daxili Qoşunların Baş idarəsinin Döyüş Hazırlığı idarəsində, DQBİ -nin Qərgahında isə Qoşun xidmətində  və Döyüş hazırlığı şöbəsində xidmət etdiyi illər ərzində bilavasitə rəisinin rəhbərliyi sahəsində  müasir tələblərə uyğun Döyüş və ictimai sıyası hazırlıq üzrə, Qoşun xidməti üzrə, təlim və tədris mərkəzləri üzrə, idman və fiziki hazırlığ üzrə hüquq və normativ aktların, təlimatların, direktivlərin, nizamnamələrin,   tədris proqramlarının  Dərs cədvəlirin,planlaşdırıcı sənədlərin,müvafiq sxemlərin və digər  sənədlərin və metodiki vəsaitlərin hazırlanmasında   böyük rolu və zəhməti olmuşdur .

     Fuad Həbibov Daxili  Qoşunlarda xidmət  etdiyi  illər ərzində özünü  uşaq vaxtlarından gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan bir  hərbci kimi göstərmişdir. O, istər yaşadığı ərazidə, istər xidmət etdiyi kollektivdə həmişə müsbət mənada seçilərək, başqalarına nümunə olaraq vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Ehtiyyatda olan polkovnik leytenant Fuad Həbibov Daxili Qoşunların Bas  İdarəsində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Qoşunların Döyüş Hazırlığı İdarəsinin rəisinin, Qoşunların Qərargah rəisinin müavinin müvafiq əmrləri ilə «Daxili Qoşunlarda Əla xidmətlərə görə döş və yubiley»  nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə,  tərifnamələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  O, xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin yaranmasının  10 ilik, 90 ilik, 95 illik yubiley, Qüsursuz xidmətlərə görə 1-ci, 2 -ci  və 3-cü dərəcəli,  hərbi xidmətlərinə görə isə 3 -cü dərəcəli medalarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FUAD BƏY!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

ALLAH, SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: