Oğuz rayonunda şəhidlərimizə və onların ailələrinə qarşı tərbiyəsizlik edilərək məzarlar üzərindəki əklil və bayraqları yığıb zibilliyə atıblar.
Oğuz rayonunda baş verən bu tərbiyəsizliyin əmri icra hakimiyyətindən gəlib. Məzar üzərindəki güllər və əklillər zibilliyə atılıb.
Göstəriş verənin biri icra hakiminin müavini olub. Bu məlumatı şəhid ailələri deyir. Bu artıq şəhidlərimizə qarşı törədilən neçənci hörmətsizlikdir. Lakin aidiyyatlı qurumlar heç kimi bu cinayətlərə görə cəzalandırmayıb.
Leyla Həsənova

