Qazimiz Vətən müharibəsi qazilərinə baş çəkib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nizami rayon şöbəsinin sədri, Vətən müharibəsi qazisi Rəcəb Baxşiyev öz hesabına Türkiyədə müalicədə olarkən İzmit «Rometem Fizik tedavi ve rehablitasyon» xəstaxanasında müalicə alan Vətən müharibəsi qazilərinə baş çəkib.


Onların müalicə prosesiylə tanış olan Rəcəb Baxşiyev bildirdi ki, qardaş ölkənin adı çəkilən xəstəxanasında YAŞAT fondunun xəttiylə 13 nəfər Vətən müharibəsi qazisi müalicə edilir. Qazilərimiz YAŞAT fonduna və xəstəxanada onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.


Allah qazilərimizə can sağlığı versin!

Türkay

Bu xəbəri paylaşın: