Taliban üzvləri döyüşlər zamanı vandalizm aktına məruz qalmış Əhməd Şah Məsudun (1953-2001) məqbərəsini təmir ediblər.
Bu barədə “Herat Tayms” məlumat yayıb.
Bəzərək şəhərində yerləşən məqbərənin şüşə və qranit konstruksiyası təmir edilib. Məqbərəni dağıdan şəxslər tapılaraq cəzalandırılıb, həmçinin tikilinin ətrafında mühafizə tədbirləri gücləndirilib.
Qeyd edək ki, bundan öncə Pəncşirdəki döyüşlər zamanı məqbərənin dağıldılması barədə məlumat yayılmışdı.
Mənbə: Axar.az
