TƏBRİK: Elxan Baba oğlu Osmanov — 49

      AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev  ehtiyyatda olan mayor Osmanov Elxan Baba oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

      Ehtiyyatda olan mayor Osmanov Elxan Baba oğlu öğlu 13 sentyabr 1965-ci ildə Qazax şəhərində anadan olub.

   O,1972-cu ildə Qazax rayon Qaymaqlı kənd orta məktəbin birinci sinfinə getmiş, 1982 -cü ildə həmin məktəbi, 1989-ci ildə isə Azərbaycan Texnologiya İnstitutunun mexanika fakültəsini  bitib.

     1983-1985-ci illərdə Amur vilayətində Uzaq Şərq Hərbi Dairəsində məxvi hərbi hissədə xidmət etmişdir.  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Qalada yerləşən təlim tədris mərkəzini qırmızı diplomla qurtarmışdır.

     Ehtiyyatda olan mayor Osmanov Elxan Baba oğlu  1994 -2002-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhəri və Quba rayonunda  tağım komandiri, böluk komandiri müavini, silah xidmət rəisi vəzifələrində xidmət edib.

    Osmanov Elxan Baba oğlu Daxili Qoşunların Baş İdarəsinin zabitlər hazırlayan məktəbi bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq məqsədilə, Ankara, İstanbul, İzmir, Foce şəhərlərində yerləşən hərbi hissələrdə işgüzar səfərdə olmuşdur.

    Ehtiyyatda olan mayor Osmanov Elxan Baba  oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına,  hərbı andın,hərbi niizamnamələrin , silah sursstın qorunmasl haqqında direktivlərin, təlimatların,əsasnamələrin,əmrlərin  tələblərinin və vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşmışdır.

    Osmanov Elxan Baba oğlu peşəkarlığı və humanistliyi ilə,təcürbəsi ilə, nəzəri və praktiki biliyi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə  keçirmişdir.

     Mayor Osmanov Elxan Baba oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində, şəhrədə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində  baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında  üzərinə düsən vəzifə və tapşırıqların  yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     Ehtiyyatda olan mayor Osmanov Elxan Baba oğlu Daxili Qoşunların Baş idarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində, xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin , hərbi hissə komandirinin və onun  müavinlərinin   müvafiq əmrləri ilə  əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə , fəxri fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

   O, xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin yaranmasının 10 illik, 90 illik və 95 illik yubiley, Qüsursuz xidmətə görə isə 1, 2 və 3-cü dərəcəli medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ELXAN BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: