AVMVİB rəhbərliyi və Azərbaycan Veten Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik leytenant Novruzov İlqar Süleyman oğlunu dogum gunu münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib — tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Əməkdar artist ehtiyatda olan polkovnik leytenant Novruzov İlqar Süleyman oğlu 13 sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.
1972—ci ildə Bakı şəhərində birinci sinifə getmiş, 1983-cü ildə həmin məktəbi bitirdikdən sonra 1983-cü ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olmuş 1990-cü ildə isə həmin Konservatoriyanı bitirib.
O, 1984- 1986-ci ildə SSRİ Müdafiə Nazirliyinin Belarusiyada yerləşən hərbi hissənin hərbi orkestr xidmətində müdddətli həqqi hərbi xidmətdə olub.
Polkovnik -leytenant İlqar Novruzov 1993-cu ildən 2019-cu il tarixə kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Nümunəvi Göstərici Hərbi Orkestrində hərbi dirijor,Nümnəvi Göstərici hərbi orkestrin rəisi ,Daxili Qoşunların Baş idarəsində Orkestr xidmətinin rəisi vəzifələrində xidmət edib.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andin, hərbi nizamnamələrin, Nümnəvi Göstərici Hərbi Orkestr xidməti haqqında direktivlərin, təlimatların,əsasnamələrin,əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun nümunə olaraq Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Silahll Quvvələr Veteranı Polkovnik- leytenant Novruzov İlqar Süleyman oğlu peşəkarlığı və humanistliyi ilə,nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyət ilə, dəqiqliyi və təmkinliyi secilən ən məhsuldar dövrünün 28 illk şərəfli xidmət yolunu Hərbi Orkestr xidmətində kecirib.
O, Daxili Qoşunlarda xidmət etdiyi ilər ərzində onun rəhbər olduğu hərbi Orkestrin kolektivi Daxili işlər nazirliyində, Daxili Qoşunların Bas İdarəsinində, Din- in Polis Akademiyasında ,Daxili Qoşunların Baş idarəsinin Döyüş bölgələrində, şəhər və rayonlarında yerləşən hərbi hissələrdə (əlahiddə bölməlrdə) tədbirlərdə iştirak etməsi müxtəlif idarələrdə ,mədəniyyət ocaqlarında, təşkilatlarda, ölkə televiziya və radio kanalarında ugurlu cıxş etməsi üçün ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsinə məsuliyət və şərəf hissi ilə yanaşmışdır.
Daxili qosunlarin Bas İdarəsinin Nümnəvi Göstərici Hərbi Orkestrin təcirbəli və peşəkar kadırlarla, kiçik mütəxəssislərlə, azad muzdlu işçilərlə (musiqiçilərlə) komplekləşdirilməsi və onlarla tədris proqramlarına əsasən ixtisas hazırlığı və digər tədris fənləri üzrə məşğələlərin, məşqlərin,nümnəvi göstərici məşğələlərin keçirilməsində ehtiyatda olan polkovnik leytenant İlqar Novruzovun böyük rolu
olmuşdur.
Silahll Quvvələr Veteranı Novruzov İlqar Süleyman oğlu Daxili Qoşunların Baş idarəsinin Nümnəvi Göstərici Hərbi Orkestr xidmətində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin,Nümnəvi- Göstərici Hərbi Orkestr xidmət rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
O, xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti adından Daxili işlər nazirnin müvafq əmrləri ilə Silahlı Qüvvələrin yaranmasının 10 illik, 90 illk, 95 illk, 100 illk yubley, Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli medalarla təltif edilib və ona həvəsləndirmə qaydasında vaxtından əvvəl mayor hərbi rütbəsi verilib.
Azərbaycan Respublikasının Prezıdentının 2008 -ci və 2011-ci il tarixli Sərəncamı ilə polkovnik leytenant Novruzov İlqar Süleyman oğlu «Hərbi Xidmətlərə görə» medala təltif edilib və ona » Əmədar artist «adı verilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ILQAR BƏY!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev








