Ermənistanın müdafiə naziri Şoyqudan çox Rusiya MN-də olur

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyaya səfər edib.


M. Simonyanın «Sputnik Armenia”sı xəbər verir ki, erməni nazirin Nijni Novqorod vilayətindəki “Rusiya-Belarusiya Qərb-2021” hərbi təlimlərinin aktiv mərhələsini izləyəcəyi daha sonra isə Tacikistana gedəcəyi bildirilib. 


Karapetyanın həmçinin Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (KTMT) üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclaslarında iştirak edəcəyi vurğulanıb.

Bu xəbəri paylaşın: