Xankəndinə girən iki iranlı HƏBS EDİLİB

Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsü Azərbaycan polisi tərəfindən həbs edilib.

Məsələ ilə  bağlı açıqlama verən DİN mətbuat xidmətinin rəisi  Ehsan Zahidov bildirib ki,  saxlanlan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar.  Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.

Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü həbs edib.

Bu barədə erməni  Para tv  saytı məlumat  yayıb. Bildirilir ki,  Azərbaycan polisi azərbaycanlılar Vorotan icmasının Gorus-Qafan hissəsində Xankəndi və İrəvana bitum daşıyan (bəzi mənbələrdə isə Xankəndinə və İrəvana sement daşıdığı bildirilir) iki iranlı sürücünü həbs ediblər.

Mənbənin bildirdiyinə görə, sürücülər həbs edildiklərini, azərbaycanlıların onları yoxlamağa hazırlaşdıqlarını telefonla bildirməyi bacarıblar, bundan sonra əlaqə kəsilib.

Həmçinin bu dəfə də erməni axmaqlığı molla rejimli İranın anti məzhəb və anti İslam xislətini ələ verib. Qəbzlərdən birində «Stepanakert Armenia» yazacaq qədər şərəfsiz olan İran Anti İslam dövləti İslam adına bir qara ləkədir.

Qəhrəman Azərbaycan ordusuna və polisinə eşq olsun!

Bu xəbəri paylaşın:
  • 33
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •