XTQ generalının anası vəfat edib

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarından biri olan Zaur Məmmədova ağır itki üz verib.

General-mayorun anası bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Zaur Məmmədov (Cavanşir) Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. O, 2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil alıb.

General-mayor Z.Məmmədovun Şuşanın azad edilməsində müstəsna xidmətləri olub və Şuşanın ilk komendantı təyin edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi general mayor Zaur Məmmədova (Cavanşir) anasının vəfatıyla bağlı dərin hüznlə başsağlı verir.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: