Torpaqları azad etmək üçün nədən başlamalı?

Abbas Hüseynli
AVMVİB sədrinin müavini

Azərbaycan Respublikası öz ərazi bütövlüyünü uzun müddətdir ki, təmin edə bilmir. Bunun bir sıra səbəbləri vardır. Bunlardan birinci səbəb hakimiyyətdə olan şəxslərin bəzilərinin həyat yoldaşları və analarının erməni olmalarıdır. Həmin qarışıq ailələrdən olan şəxslərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, Xarici İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Müdafiə Nazirliyində, Prezident aparatında işləmələridir. Ona görə ki, həmin şəxslərin qəlbində Azərbaycan xalqının milli ağrıları, dərdləri, vətən həsrəti yoxdur və ola da bilməz.

Biz Ermənistan Respublikası ilə müharibə şəraitindəyik. Ermənistan Respublikasında hakimiyyətdə bir nəfər belə azərbaycanlı varmı?

Əsla yoxdur və ola da bilməz. Hətta, bildirirlər ki, İrəvan şəhərində kiçik bir çörəkbişirmə sexində bir nəfər erməni dığasının ulu nənəsinin həyat yoldaşı azərbaycanlı olduğunu öyrənildikdən sonra, onu işlədiyi çörək sexindən, fəhləlikdən belə azad etmişdilər. Biz isə erməni əsilli olan şəxslərə böyük-böyük vəzifələr veririk. Görəsən ermənilərə olan bu sevgi bizdə haradan yaranmışdır?

Oxuculara onu deməyi özümə borc bilirəm ki, mən könüllü olaraq 1990-cı ildən 1992-ci ilin may ayına qədər keçmiş DQMV-nin Ağdərə Rayon Polis şöbəsində zabit kimi xidmət etmişəm. Həmin vaxtlarda azərbaycanlılar tərəfindən yeganə ali təhsilli hüquqşunas olsam da, erməni zabitləri tərəfindən mənə 11 dəfə intizam cəzası «töhmət» verilmişdir. Onlardan 6-nı milis polkovniki Daneliyan, 5-ni isə milis polkovnik-leytenantı Osipyan vermişdi.

Bu töhmətlər ona görə mənə verilirdi ki, mən erməni rəislərimə bu yerlərin Azərbaycan xalqının əraziləri olmasını, onların isə bu ərazilərə sonradan köç etmələrini birbaşa üzlərinə deyir, azərbaycanlılar yaşayan kəndlərdə olan qorxmaz insanlarla erməni kəndlərinin boşaldılması və əhalinin silahlandırılması ilə əlaqədar təbliğat aparırdım. Ermənilər mənə cəza verəndə əmrə bu sözləri yazırdılar «Azərbaycanlılarla ermənilər arasında milli münasibətləri kəskinləşdirdiyinə görə».

Mən bilirəm ki, erməni milləti necə alçaq təbiətli millətdir. Onların yaxşısının olmasını deyənlərə demək istəyirəm ki, yanılırlar. Mən hələ cavan yaşlarımda keçmiş «Əzizbəyov» NQÇİ-də işlədiyim vaxtları mənimlə birliklə erməni millətindən olan Zaxaryan, Qulyan Qracik, Ayvazov, Poqosyan işləyirdilər. Mən elə zənn edirdim ki, onlarda bizim kimi ağır işdə işləyir və təmiz insanlardır, lakin sonradan bildim ki, bu şəxslər erməni təşkilatlarına «türkü» məhv etmələri üçün pul verirlərmiş.

Bir daha bildirirəm ki, torpaqlarımızı erməni ışğalından azad etmək istəyiriksə, birinci növbədə öz içərilərimizdə olan və yüksək kürsülərdə oturub bizə rəhbərlik edən həyat yoldaşları və anaları erməni olanlardan təmizlənməliyik.

Bunlara biz nail olmasaq, torpaqlarmızın azad edilməsi mümkün olmayacaqdır.

Bu xəbəri paylaşın: