Koronavirus statistikası

Dünyada koronavirusa yoluxma halları sayı bir gün ərzində demək olar, 85 min artıb və 2,8 milyona çatıb.

Fedai.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son məlumatlara görə, dünyada bir gün ərzində 84 900 yoluxma və 6 018 ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-a yoluxanların ümumi sayı 2 804 796-a çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 341 851 nəfər COVID-19-a yoluxub. Regionda ölüm hallarının sayı 122 218 təşkil edir.

Bu gün Azərbaycanda daha 28 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Azərbaycanda isə indiyədək koronavirusa yoluxanların sayı 1645 təşkil edir, onlardan 1139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahı bazar günü bildirib ki, hazırda 485 nəfərin xüsusi rejimli xəstəxanalarda Covid-19 xəstəliyindən müalicəsi davam etdirilir.

Onlardan 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir Operativ Qərargahın məlumatında deyilib.

Bundan əvvəl, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparıldığı açıqlanıb.

Xatırladaq ki, Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Elnur Səlim

Bu xəbəri paylaşın: