AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin verdiyi məlumata görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva, Tovuzlu iş adamı Naiq Məmmədhəsənov və Günel Məmmədhəsənova tərəfindən Tovuz rayonunun kəndlərində COVİD-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşmüş 16 ailəyə ərzaq yardımı paylanmışdır.
Eyni zamanda ailələrə koronavirusla mübarizə istiqamətində hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlarda çatdırılmışdır.
Onlar bildirmişlər ki, cənab Prezidentimizin «Biz birlikdə güclüyük!» çağrışını, Heydər Əliyev fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyası təşəbbüsünü dəstəkləyərək bundan sonrada var gücümüzlə insanlarımıza dəstək üçün çalışacağıq.
Allah Dövlətimizi və Millətimizi qorusun!
Nurlan Məmmədli


