Əndazəsinə uyğun olmayan işlərlə məşğul olan 5-ci kolonun sifarişlərini yerinə yetirən fərari Fuad Muradov haqqında aidiyyatlı qurumlara və ölkə rəhbərinə müraciət olunub.
Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliev cənablarına
Biz aşağıda imza edən Qeyri Hökumət Təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Sizin Azərbaycan üçün olan xidmətlərinizi görür, sevir və qiymətləndiririk. Bizdə öz növbəmizdə bütün işlərimizi Sizin verdiyiniz sərəncam və göstərişlərdən gələn qaydalara uyğun qurmaqla Azərbaycan dövlətinə xidmət edirik. Azərbaycan Respublikasının Prezidentinin, Ali Baş Komandanımızın ətrafında olub onun həyata keçirdiyi bütün işlərinə dəstək olmaqdan qürur duyuruq.
Çünki son illərin uğurlarının bir başa Sizin xidmətinizlə bağlı olması daim olaraq hər kəsin, dostunda, düşmənində diqqət mərkəzindədir. Bu uğurları qorumağa xidmət edənlərin olduğu kimi məhv etməyə də xidmət edənlər az deyil. Azərbaycanın Milli dəyəri olan şəhidlərimizə, şəhid ailələrimizə, qazilərimizə müharibə veteranlarımıza xüsusi diqqət ayrılması üçün göstərişi Siz, yəni ölkənin prezidenti verib. Dönə-dönə bu insanları diqqət mərkəzində saxlamağın vacibliyini tapşırmısınız. Sizin bu tapşırığınızı hər addımda çeynəyən, şəhid analarını təhqir edən bir qrup insan Azərbaycan dövlətinin, hökumətinin və şəxsən Sizin nüfuzunuzun endirilməsinə çalışırlar. Beləki, 2020-ci ildə Qazaxlı Alik kimi tanınan keçmiş “döyüşçü” Muradov Alikin oğlu Muradov Fuad Alik oğlu şəhid analarını küçə sözləri ilə təhqir etdiyi üçün bizlər, bir qrup QHT sədri ona etiraz etdik. Mətbuatda etirazımızdan əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinə QHT-lər adından yazılı müraciət ünvanladıq. Həmin müraciətə cavab verilmədi. Şəhid analarını küçə sözləri ilə təhqir edən Fuad Muradovla bağlı heç bir tədbir görülmədi. Fuad Muradovla bağlı tədbir görülməməsindən əlavə olaraq Sizə müraciət ünvanlamış 21 QHT rəhbərinin adları Fuad Muradova ötürülmüşdür. Fuad Muradov isə özünə məxsus sosial şəbəkəsində 21 QHT ilə bağlı fikir söylədikdən sonra onları “cəzalandıracağını” bildirmişdir. Bundan sonra şəhid ailəsi, Qarabağ əlili, müharibə veteranı olan QHT sədrlərinin şəkillərini paylaşmaqla bərabər küçə söyüşləri ilə təhqir edərək ictimaiyyət arasında nüfuzdan salır. Ailələrimiz, övladlarımız qarşısında bizə utanc yaşadır. Biz belə düşünürük ki, hakimiyyətin içərisindən bəzi məmurlar tərəfindən himayə olunan, Fuad Muradovun sosial şəbəkələrdə təhqir etdiyi bizlərin yeganə günahımız şəhid analarını müdafiə etməyimizdir. Bizim Azərbaycan xalqının və dövlətinin qarşısnda nə günahımız var ki, hüquq mühafizə orqanları bizi müdafiə etməkdən imtina edirlər. Bizim nüfuzumuzu, Azərbaycan dövlətinə, hakimiyyətinə, xalqına olan xidmətlərimizi, Azərbaycan üçün heç bir xidməti olmayan özünə və xalqımıza hörmət etməyən, tüfeyli həyat tərzi yaşayan birinin ayaqları altına atırlar. Mənim polisim, mənim dövlətim məni beləmi qoruyur?
Azərbaycanın çox həssas dövründə daxli düşmənlər xarici düşmənlərdən daha təhlükəlidir. Daxili sabitliyin və dövlətçilik təməllərinin qorunmasına qarşı yönələn belə hərəkətlərin cəzasız qalması çox təhlükəlidir. Beləki çox həssas qrupdan olan şəhid analarının, qazilərin, müharibə veteranlarının qıcıqalandırılması və onların təhqir edənin cəzasız qalması cəmiyyətdə birmənalı qarşılanmayıb. Şəhid analarının və cəmiyyətin digər nümyəndələrinin hakimiyyətə dövlətə, dövlət başçısına inamını tükəndirmək kimlərə lazımdır! Dövlətin, Prezidentin hakimiyyətin yüksək vəzifəli şəxslərinin adları arxasında gizlənib, əslində isə dağıdıcı qüvvlərin əlində alət olan fuadların olduğu qrupların fəaliyyətinin himayə edilməsi dövlətin dayaqlarının sarsıdılmasına xidmət edir. Bu dövlətin, xalqın təhlükəsiliyinin və sabitliyinin Fuad Muradov
kimi düşmənə xidmət edənlərdən qorunması hüquq mühafizə orqanlarının bir başa vəzifə borcudur. Biz dövlətçilik naminə sakitliyin qorunmasına çalışaraq susduq deyə məhv edilməliyikmi.? Bizim həyatımızın və yaşımızın təhqir edilən vaxtı deyil. Bu dövlətin qurulmasında bizim hər birimizin xidmətlərimiz var.
Cənab Prezident! Bizlər öz hüquqlarımızın qorunması üçün Sizə güvənir və Fuad Muradov kimilərinin səslərinin kəsilməsi üçün xüsusi göstəriş verməyinzi Sizdən xahiş edirik.
Hörmətlə;
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev
- Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas
- Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin sədri Zərifə Əsgərova
- Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Elnarə Abbasova
- Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin sədri Əli Həsənov
- “Qürur” Şəhid Ailələri Xeyiryyə İctimai Birliyinin sədri Naibə Behbudova
- Azərbaycan Respublikası “20 yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə
- “Qazilər” İctimai Birliyinin sədri Asəf Əliyev
- Milli Qəhramanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı
- “20 yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədri Maral Zamanova
- Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Cəfərova
- Çernobıl Əlilləri İttifaqının Prezidenti Mirhəsən Həsənov
- Tərxis Olunmuş Hərbiçilərin Gəncləri
Maarifləndirilmə İctimai Birliyinin sədir Emin Həsənli
Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyi Mikayıl Həsənli
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Cəfərova Mətanət
Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Qorunması İctimai Birliyinin sədri Mehriban Abdullayeva
Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşviq Əliyev
Əsgər Ailələri Cəmiyyətinin sədri Roza Əliqızı
Qadın Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Dadaşova
- Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək İctimai Birliyinin sədri Nəzakət Həsənova
- Qarabağ Müharibəsi Əlilləri Vetranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev
- Azərbaycanın Milli Qəhramanı Asif Məhərrəmov adina “İnkişaf” Fondumum sədri Ədalət Məhərrəmov.
- Xocalı Soyqırımının Tanıdılması İctimai Birliyinin sədir Şamil Sabiroğlu