TƏBRİK: VAHİD CƏFƏROV — 53

       AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  sədr müavini polkovnik Salman Musayev  Müharibə veteranı ehtiyyatda olan kapitan Cəfərov Vahid Arif oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər  arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     O, 1975—ci ildə Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi bitirdikdən sonra 1987-ci ildə Tallin Ali Hərbi Siyası İnşaatçılar   məktəbinə daxil olmuş, 1991-ci ildə həmin məktəbi bitirmişdir.

Müharibə veteranı ehtiyyatda olan kapitan Cəfərov Vahid Arif oğlu 25 sentyabr 1968- ci ildə Sumqayıt şəhərində anadan olub.

      Cəfərov Vahid Arif oğlu 1991- 1992- ci illərdə SSRİ Müdafiə Nazirliyinin  Zaqafqaziya hərbi dairəsində Böluk komandirinin  tərbiyəvi işlər üzrə müavini , 1993-1999-cu illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Hacıqabul, Zaqatala, Ağdam, Füzuli  rayonlarında, Sumqayıt şəhərində və Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrində  böluk komandiri, alayın qərargah rəisinin köməkçisi, döyüş hazırlığı bölməsinin rəisi,hərbi hissə komandirinin müavinini vəzifələrində xidmət edib.

    Müharibə veteranı ehtiyyatda olan mayor Cəfərov Vahid Arif oğlu  Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, silahlı dəstələrin zərərsizləşdirilməsində, fövqaladə vəziyət zamanı karantin tədbirlərinin həyata keçirilməsində ona və xidmət etdiyi   hərbi hissəyə, bölüyə  həvalə edilmiş vəzifələri layiqincə yerinə  yetirdiyinə görə Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanı onun müavinləri və hərbi hissə komandiri tərəfindən həvəsləndirmə qaydasında mükafatlandırıb.

      Azərbaycan ərazi bütövlüyü uğrunda ( Kəlbəcər, Lacın, Ağdam, Ağdərə, Füzuli istiqamətində) gedən döyüş və xüsusi əməliyyatlarda iştirak edərək üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VAHİD BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERİYƏ BAXDIĞİNDA ÜMİD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİR » DEYƏRSƏN…BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ… XOŞBƏXT İLLƏRƏ.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın:
  • 40
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •