TƏBRİK: NİZAMİ MƏHƏRRƏMOV — 60

Bu gün müharibə veteranı, Turan yolunun yolçusu Nizami Məhərrəmovun 60 yaşı tamam olur.

Nizami Məhərrəmov ordumuzun yaranmasında iştirak edən ilk könüllülərdən biri kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Əfqanıstanda döyüş yolu keçmiş bir peşəkar döyüşçü kimi Vətənin dar günündə onun səsinə səs verənlərin sırasında dayanıb.

Atəşkəs dövründə isə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasında yaxından iştirak eləyib. Ən böyük arzusu Qarabağın azad edilməsi və Turanın qurulması olub. Allah hər iki arzusunun həyata keçdiyi bu tarixi günləri yaşamağı döyüşçümüzə yaşamağı qismət etməkdədir.

Bütün arzuların çin olsun, Nizami bəy!

Yubiley münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və Fedai.az kollektivi adından Nizami bəyi təbrik edir, uzun ömür və bu ömrü könül xoşluğu ilə keçirməsini arzu edirik!

Bütün gözəlliklər sizin olsun və bu gözəlliklər içində 100 yaşa!

Bu xəbəri paylaşın:
  • 18
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •