Qarabağdakı sülhməramlıların komandanı dəyişdirildi – Kosobokov Xankəndidən uzaqlaşdırıldı

Qarabağdakı rus sülhməramlıların komandanı dəyişdirilib.

Fedai.az Azərbaycan 24-ə istinadən xəbər verir ki, sentyabrın 6-da Rüstəm Muradovu əvəzləyən Mixail Kosobokovun müddəti heç 20 gün də çəkməyib.

Onu rəsmi təyinatla general-leytenant Gennadi Anaşkin əvəzləyib.

Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.

Qeyd edək ki, Mixail Kosobokovun separatçı Abxaziyadakı rus kontingentində vəzifədə olması rəsmi Bakını məmnun salmamışdı.

P.S. Separatizm generalı və hərbi cinayətlərdə adı hallanan M. Kosobokovun Qarabağda da öz qanunsuz əməllərini davam etdirməyə çalışması Azərbaycan tərəfinin hiddətinə səbəb olmaqdaydı. İVAN, İDİ DOMOY!

Bu xəbəri paylaşın: