Xankəndidən video yayan ermənini HƏBS ETDİLƏR

Qarabağın Rusiya sülhməramlılarının nəzarətindəki ərazisində yerləşən separatçı-terrorçu dəstə sosial şəbəkələrdə Xankəndidən video yayan bir ermənini həbs edib.

EDNews.net saytı xəbər verir ki, Ermənistan mətbuatının bununla bağlı məlumatına görə, Əsgəran sakini olan 2000-ci il təvəllüdlü M.A. sentyabrın 25 -də sosial şəbəkələrdə və teleqram kanallarında Xankəndinin müxtəlif yerlərini göstərən videomateriallar yayıb.

Müəllifin rus dilində yaydığı videomaterialda şəhəri «Stepanakert» deyil, «Xankəndi» adlandırması erməni separatçı-terrorçu dəstəsini hiddətləndirib.

Onu casusluqda suçlayaraq, həbs ediblər.

Bu xəbəri paylaşın: