Ərdoğan: «Gələn il TEKNOFEST-i Can Azərbaycanda təşkil edəcəyik»

“Bu il dördüncü dəfə keçirilən TEKNOFEST ölkəmizə və gələcəyimizin qarantı olan gənclərimizə xeyirli-uğurlu olsun».

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan «Twitter» səhifəsi üzərində yazıb.

Prezident Ərdoğan eyni zamanda qeyd edib ki, gələn ildən başlayaraq TEKNOFEST beynəlxalq markaya çevriləcək: 

«İnşallah gələn ildən etibarən TEKNOFEST-i beynəlxalq markaya çevirəcək, Can Azərbaycandan başlayaraq dost və müttəfiq ölkələrdə təşkil edəcəyik».

Bu xəbəri paylaşın: