Peskov: «Putin və Erdoğan arasında etibarlı münasibətlər mövcuddur»

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyib Erdoğan arasında ciddi danışıqların aparılmasına imkan verən kifayət qədər etibarlı işgüzar münasibətlər mövcuddur, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

«Bizim ölkələrimizin prezidentləri arasında həqiqətən də son dərəcə etibarlı, işçi, olduqca yaxşı və ciddi danışıqların aparılmasına imkan verən münasibətlər mövcuddur», — Peskov bazar günü «Rossiya 1» telekanalının «Moskva.Kreml.Putin» proqramının efirində bildirib.

Gözlənildiryinə görə, Türkiyə Prezidenti Recep Tayyib Erdoğan sentyabrın 29-da Rusiyaya səfər edərək Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Mənbə: BBC

Bu xəbəri paylaşın: