Şuşa rayon məhkəməsi «köhnə bazara təzə rüsum qoyur»

Müharibə veteranının oğlu, şikayətçi Məmmədov Nurlan Ramiz oğlu Şuşa rayon məhkəməsinin 2(077)-22/21 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən 11.06.2021-ci il tarixində poçt vasitəsilə apellyasiya şikayəti verməsi barədə məlumat vermişdik. Lakin Şuşa rayon məhkəməsi 24.06.2021-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayətini qəbul etməyərək geri qaytarıb. Apellyasiya şikayətinin geri qaytarılmasına səbəb kimi isə apellyasiya şikayətinə iddia qiymətinin 50%-i miqdarında dövlət rüsumu haqqında qəbzi əlavə etmədiyi göstərilib.

Qeyd edək ki, Nurlan Məmmədov “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadə edərək dövlət rüsumu ödəməkdən azaddır. Həmin qanunun 9.1 və 9.1.20-ci maddələri məcburi köçkünləri məhkəmlərə iddia və şikayətlər verməsinə görə dövlət rüsumundan azad edir.

Hörmətli Cəmilə xanım Səfiyevanın nəzərinə çatdırmaq istəyirik ki, onun bu qərardadı absurddur, Azərbaycan Respublikasının adına hörmətslizlikdir. Çünki hörmətli hakim özü də bilir ki, iddia dedikdə birinci instansiya məhkəmələri, şikayət dedikdə isə birinci instansiya məhkəmələrindən verilən şikayət nəzərdə tutulur. Cəmilə xanım Səfiyevanın bu qərarı inanmırıq ki, savadsızlıqdan qəbul etsin. Çünki çoxillik staja və təcrübəyə malik olan bu xanım özü də məhz Şuşa rayon məhkəməsinin adından, hansı ki, məcburi köçkünlərlə işləyir, yanlışlığıa yol verməsi mümkün deyil.

Burada əsas məsələ davanın bir ucunda Allahverdiyevlər ailəsinin dayanmasıdır. Biz həm zəng edəndə, həm də şikayətçi ilə bir yerdə Xırdalan şəhərində yerləşən Şuşa rayon məhkəməsinə gəlib bu məsələ haqqında məlumat əldə etmək istəyəndə işin nömrəsini və tarixini deyib taleyi ilə maraqlanmaq istədik. Birinci halda, yəni telefonla bizimlə danışarkən xəttin o başından xanıma dedilər ki, «Anar müəllimin tapşdırdığı işi deyir» və xanım işi nəinki tapdı, axtarmamış dərhal xatırladı və bizə məlumat verdi ki, dövlət rüsumunu ödəmədiyiniz üçün işiniz icraya yönəldilib.

İkinci halda, qəbul şöbəsində olanda bu hal təkrarlandı. Yenə işin nömrəsini və tarixini deyirik [ (2(077)-22/21 saylı, 22.04.2021-ci il tarixli qətnamə ] bu dəfə də axtarırlar, əlavə usallar verdilər. Biz isə özümüzü təmkinli apararaq bir neçə ad çəkirik: Anar Allahverdiyev, Vəfa Allahverdiyeva, Əli Mirzəyev… Bəli, iş yenə axtarılmadan dərhal xatırlanır və işə araşdırılmadan sorğumuz cavablandırılır: «Sizə demişdik axı, iş icraya yönəldilib…»

Elə bu zaman «AFB Bank»-dan zəng gəlir. Özünü «AFB Bank»-ın Elxan adlı əməkdaşı kimi təqdim edən bank işçisi amiranə şəkildə şikayətçiyə aşağıdakı məzmunda göstəriş verir.


«Salam. Deməli, gedirsəb BT-yə, 56 manat rüsum ödyərsən, əmlakın 1/2-nin sənə aid olduğu barədə çxıarış alıb gətirirsən bizə, gələn aydan da pulu…»

Şikatəçi məcbur qalıb soruşur:


«Üzr istəyirəm, mən axı bu işlə bağlı apelyyasiyaya…

«AFB Bank»-ın Elxan isə əminliklə bildirir:


«Biz icra şöbəsinin qərarını icra edirik. Vəfa Allahverdiyevaya İcra şöbəsində işləyən Eltac İskəndərov kömək edib, onu görün, sizə yolunu başa salsın necə almaq lazımdı».

Hörmətli oxucuların diqqətinə çatdıraq ki, poçt qəbzinin şikayətçidə olan nüsxəsindən aydın olur ki, onun apellyasiya şikayətim Şuşa rayon məhkəməsinə 22.06.2021-ci il tarixində daxil olmuş və Ağayeva soyadı ilə imzalanaraq qəbul edilmişdir.

Şikayətçi Nurlan Məmmədov Şuşa rayon məhkəməsinin hakimi Cəmilə xanım Səfiyevanın qərardadını alan kimi, dövlət rüsumunu ödəmiş və dövlət rüsumunun ödənildiyi barədə qəbz ilə birlikdə ərizə ilə Cəmilə xanım Səfiyevaya müraciət edərək apellyasiya şikayətini qəbul edərək Sumqayıt şəhər Appellyasiya məhkkəməsinə göndərməsini xahiş etmişdir.

Cəmilə xanım isə apellyasiya şikayəti əvəzinə Nurlan Məmmədov tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı ərizəni Sumqayıt şəhər Appellyasiya Məhkəməsinə yollamışdır, başqa sözlə Allahverdiyevlərə öz işlərini görmək üçün münbit «qanuni» şərait yaratmışdır.

İşin başqa bir maraqlı nüansı isə bundan ibarətdir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru, II dərəcəli Ədliyyə qulluqçusu Eltac İskəndərov məhkəmənin qətnaməsini icra edərkən aşkar surətdə tərəfkeşlik edir. Belə ki, məhkəmənin qətnaməsində borclu kimi göstərilən Nurlan Məmmədovun əmək haqqından 50% tutulma aparır (halbuki onun əmək haqqından o qədər çıxılmalar mövcuddur ki, adam işə gəlmək üçün yolpul tapmır), amma onu həmin mənzilə köçürmək üçün hərəkətsizlik göstərir.

Görünür Xırdalan şəhəri xüsusi qayda-qanunlarla icra olunur və Azərbaycan Respublikasının qanunları bu ərazidə qüvvədən düşür. Burada Anar Allahverdiyevin, Vəfa Allahverdiyevanın, Sevil Hümmətovanın, Dürdanə Əliyevanın, Əli Mirzəyevin diktə etdiyi qanunlar işləyir və burada qanun şah yox, xüsusi şəbəkədir.

Mövzu diqqətimizdədir. Məqalədə adları çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.

Elnur SƏLİM

Bu xəbəri paylaşın: