Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevlə görüşüblər.

Müharibə veteranları general — leytenant Kərim Vəliyevə qazanılmış Zəfərə görə öz minnətdarlıqlarını çatdırıb və bu müqəddəs yolda şəhid olmuş döyüşçüləri daim rəhmətlə andıqlarını bildirmişlər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim

Bu xəbəri paylaşın:
