Mingəçevirli veteranlar Anım günündə

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri şəhərdə keçirilən Anım tədbirində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri Naiq Həsənov məlumat verib.

Natiq Həsənov bildirdi ki, Mingəçevir şəhər şöbəsinin üzvü olan müharibə veteranları şəhər rəhbərliyi və ictimaiyyəti ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər. Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, Vətən uğrunda canından keçmiş şəhidlərimizi ehtiramla anırıq.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: