Şairə Nəsibə İsrafilqızının AVMVİB sədrinə həsr etdiyi şeir döyüşçülər arasında gündəm oldu

Şairə-publisist, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızının yazdığı «A dağlar oğlu» şeirinə bəstəkar Yaqut Almaz musiqi bəstələyib və Mirələm Mirələmovun ifasında şairə tərəfindən YouTube-yə yerləşdirilib.


Çoxminlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri adından şairə xanım Nəsibə İsrafilqızına təşəkkürümüzü bildiririk.

Xatırladaq ki, AVMVİB sədrinin ideoloji işlər üzrə müşaviri kimi Nəsibə İsrafilqızı yorulmadan vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc döyüşçülərin cəmiyyətə adaptasiya olunması sahəsində çalışmaqdadır.


P.S. Təqdim olunan rəsmi tanınmış rəssamımız (mərhum) Gündüz Əlizadə çəkib — 1993-cü il.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: