Ermənistan prokurorluğu Qarabağ müharibəsi ilə bağlı yüzlərlə ittiham hazırlayıb.
Ermənistan prokurorluğunda 2-ci Qarabağ müharibəsi zamanı Qarabağın cənubunda Erməni hərbi bölmələrinin idarə olunması habelə hərbi hissələrin tamamlanması işlərində ehtimal olunan səhvlərlə bağı araşdırma aparılır.
Ermənistan Baş Prokurorluğu 2-ci Qarabağ müharibəsində döyüşlərlə bağlı 2 mindən çox cinayət işinə baxır. Ermənistan İstintaq Komitəsi Baş Hərbi İstintaq İdarəsi, Milli Təhlükəsizlik Xidməti İstintaq Departamenti və Xüsusi İstintaq Xidmətində Ermənistan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələrinə əsasən cinayət işləri açılıb.
Bu cinayət işləri çağırış və hərbi bölmələrin komplektləşdirilməsi zamanı qanun pozuntuları, özbaşına hərbi xidmət yerini tərk etmə, qeyri-qanuni silah, sursat və partlayış maddələri əldə etmə və Dağlıq Qarabağdan Ermənistana gətirmə, çağırışdan boyun qaçırma, özünü qəsdən şikəst etmə, döyüş növbətçiliyi qaydalarının pozulması halları ilə bağlıdır.
Həmçinin cənub istiqamətində hərbi bölmələrin idarə olunması və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədləri yaxınlığına və Qarabağın mərkəzinə, Şuşa şəhərinə həmləsi ilə bağlı epizodlar araşdırılır.
Xüsusilə, Lələtəpə yüksəkliyi, Cəbrayıl və Hadrut şəhərləri, Mets Tağer (Böyük Tağlar), Tağavard, Sğnax, Daşaltı, eləcə də Şuşa şəhəri yaxınlığında döyüş epizodları müzakirə olunur.
Bütün bu işlər üzrə miqyaslı istintaq-axtarış əməliyyatları aparılır, ekspertizalar təyin olunub.
Tək Qarabağın cənubundakı və Şuşa istiqamətində hadisələrlə bağlı iş üzrə 150 nəfərədək adam cəlb olunub, o cümlədən, özünü müstəqil elan etmiş «DQR prezidenti» Arayik Harutyunyan və onun müşaviri, «Qarabağ Təhlükəsizlik Şurasının» keçmiş katibi, «Qarabağ Müdafiə Ordusunun» komandanları və s..
Əldə edilmiş dəlillər əsasında 800 nəfərdən çox adamın müttəhim qismində cəlb olunması haqqında qərar verilib, Ermənistan Baş Prokurorluğunun məlumatında deyilir.
Mənbə: BBC
