TƏBRİK: AFTANDİL ƏMRASLANOV — 45

Peşəkarlığı və humanistliyi ilə, işguzarlığ və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə, təşkilatçıliq bacarığı ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş  ehtiyyatda olan polkovnik leytenant Əmiraslanov Aftandi İsrafil oğlunun 29 sentyabr 45 yaşı tamam olur.

AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik- leytenant Aftandil  Əmiraslanovu  doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,aılə səadəti  və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Polkovnik — leytenant Əmraslanov Avtandil  İsrafil  oğlu  29 sentyabr 1976-cı ildə  Bilasvar rayonunun Bağbanlar kəndində anadan olub.

O, 1983- ci ildə  Xətai rayonun 116 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 1993ci ildə isə həmin məktəbi bitirib.

    Avtandil İsrafil oğlu Əmiraslanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi və Fiziki hazırlıq  fakültəsini fərqlənmə diplomu ilə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən hərbi məktəbdə isə zabitlərin ixtisas artırma kursunu bitirmişdir.

     Polkovnik leytenant Aftandil Əmiraslanov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hisələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin Növbətci Xidmətində  və  Daxili Qoşunların Bas İdarəsinin tikinti şöbəsində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Maddi texniki təminat idarəsində  Komendant xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Ali hərbi məktəbində isə Hüqüq və sosial fənlər kafedrasının rəis müavini  vəzifələrində xidmət etmiş və kafedra rəisi vəzifəsini müvəqqəti icra etmişdir.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığərazidə  kolektiv arasinda həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

    Əmraslanov Avtandil İsrail oğlu Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andin, hərbi nizamələrin,direktivlərin, təlimatların, əsanamə və əmirlərin  tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur. O, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Polkovnik-leytenant Aftandil Əmraslanov Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə,kütləvi ixtişaşların qarşısının alınmasında,dövlətin ərazi bütövlüyünün təmin edilməsində,cəzaçəkmə müəssisələrində müvafiq   tədbirlərin keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

     Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında,hərbi intizamının möhkəmləndirilməsində,  yüksək  göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə     Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Aftandil Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti adından Daxili  İşlər Nazirnin müvafiq əmrləri ilə bir sira medallarla təltif edilmişdir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AFTANDİL BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEC VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KECİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERİYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN…BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: