Rəcəb Təyyub Ərdoğanla Vladimir Putin arasında görüş başa çatdı

Türkiyə və Rusiya prezidentləri Rəcəb Təyyub Ərdoğanla Vladimir Putin arasında Soçidə başa çatan görüşdə liderlər Qarabağla bağlı da fikir mübadiləsi aparıblar.

Kreml sahibi görüşün mətbuat üçün açıq hissəsində Türkiyənin Qarabağ məsələsində müsbət roluna bu cümlə ilə işarə edib:

“Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir”.

Vladimir Putin bu əməkdaşlığı sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatı adlandırıb.

Bu xəbəri paylaşın: