Lavrov İranlı həmkarına bildirib ki, İran tərəfi bu ideyaya müsbət münasibət bildirib, eyni münasibət Azərbaycanda və Türkiyədə də müşahidə olunur.
”Erməni həmkarlarımızla işləyirik. Ümid edirik ki, Gürcüstanın yaşadığı bütün problemlərə baxmayaraq, belə bir məsləhətləşmə mexanizminin yaradılmasında və bu bölgənin sürətlə inkişafı üçün həll yollarının razılaşdırılmasında əsas marağını görə biləcək. Davam edən münaqişələr səbəbindən uzun müddət regionun inkişafı dayandırılmışdı”, — deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İranın iştirakı ilə təklif edilən “3+3” formatına dəqiq mövqe üçün bütün detalları müəyyən etməliyik.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan öz açıqlamasında deyib.
“3+3” və ya digər formatlara gəldikdə, Ermənistan əvvəlcə anlamalıdır ki, bu format nədir, hansı hədəfi var, hansı şərtlər və prinsiplərlə fəaliyyət göstərməlidir. Bu və digər çoxsaylı detallar aydınlaşmalıdır ki, bu mövzuda dəqiq mövqe müəyyən edilsin”, — deyə Paşinyan bildirib.