Peşəkarlığı və humanistliyi ilə,işguzarlığı ilə və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, təşkilatcliq bacarığı ilə, dəqiqliyi və təmkinliyi ilə, intizamı ilə, nəzakəti və təvəzukarlığı ilə seçilən ömrunun ən məhsuldar dövrünün 18 -ildən coxunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsində və Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində kecirən müharibə veteranı ehtiyatda olan polkovnik — leytenant Pənahov Ramiz Əliyar oğlunun 10 oktyabrda 64 yaşı tamam olur.
Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik-leytenant Ramiz Pənahovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş Ramiz Pənahova sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant Pənahov Ramiz Əliyar oğlu 10 oktyabr 1957-ci ildə Bakı şəhərində anadan olub.
Pənahov Ramiz Əliyar oğlu 1964-cu ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbin birinci sinfinə getmiş, 1974-cü ildə isə həmin orta məktəbi bitirdikdən sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun «Avtomobil Nəqliyyat Fakultəsinə daxil olmuş, 1982- ci ildə isə həmin Alı təhsil muəsəsini bitrmişdir.
O, 1976-1978-ci ilərdə SSRI Müdafiə Nazirliyinin Zabaykal diyarında yerləşən tədrıs alayında altı aylıq tank komandiri kurslarında təhsil aldıqdan sonra, SSRİ Müdafiə Nazirliyinin Monqolustanda yerləşən hərbi hissədə tank komandiri vəzifəsində müdddətli həqqi hərbi xidmətdə olmuşdur .
Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Ramiz Əliyar oğlu Pənahov 1992- ci ilin avqust -sentyabr aylarında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Şirvan(Əlibayramlı) şəhərində yerləşən tədris alayında Zabitlərin ixtisas artırma kursunu bitrib.
Pənahov Ramiz Əliyar oğlu 1982 -cı ilin avqust ayından 1992-ci ilin iyul ayına kimi Bakı şəhərində öz ixtisası üzrə müxtəlif vəzifələrdə işləmiş,1992-ci ilin avqust ayından 2010-ci ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Ağdam, Ağdərə, Nərimanov, Sabuncu və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və Zabit və gizirlərin hazırlığı və təkimləşdirməsi kuruslarda böluk komandiri, hərbi hissə komandirinin və Kurs rəisinin maddi texniki təminat xidmətləri üzrə uzrə muavini, Daxili Qoşunların Bas İdarəsinin Maddi texniki təminat idarəsində isə planıaşdırma bölməsində baş zabit vəzifələrində xidmət etmişdir.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığərazidə kolektiv arasinda həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib və 1993 -cü ilin mart ayında ağır yaralanıb.
Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Ramiz Əliyar oğlu Pənahov Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Pənahov Ramiz Əliyar oğlu Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Ramiz Əliyar oğlu Pənahov Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Qusursuz Xidmətlərə görə 2-ci və 3-cü dərəcəli, Sillahlı Qüvvələrinin yaranmasının isə 10 illik , 90 illik yubiley medalları ilə təltif edilib
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAMİZ BƏY!
ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!..
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev