Ermənilər Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanını atəşə tutub, quldur rejim isə təkzib edir

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan  avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.


Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin «NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.


Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir.


Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilmişdir. 

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan xəbərlərin iddia edildiyi kimi, oktyabrın 13-də saat 14:00 radələrində Dığaların Quldur rejiminin (dqr-ermənilər bu abverviaturanı xoşlayır-red.) quldur dəstələri «hərbi olmayan yük» daşıyan karvanı müşayiət edən Azərbaycan hərbi polis maşınına atəş açaraq onu zədələməsi barədə məlumatı dezinformasiya adlandırıb. Bu barədə separatçı rejim bəyanat da verilib.

Bəyanatda qeyd edilİib ki, guya burada məqsəd təkcə bölgədə süni gərginlik yaratmaq deyil, həm də Rusiya sülhməramlı kontingentinin roluna kölgə salmaqdır.

Bu xəbəri paylaşın: