Abşeron rayonu, Saray qəsəbəsində Şəhid Azər Vəfadar oğlu Salmanovun adına inşa edilmiş xatirə bulağının təntənəli açılışı oldu.
Tədbirin rəsmi açılışını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi pokovnik Elmar Hüseynov elan etdi. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni ifa edildi.

Gənc şair Elvin Əlizadə tədbirdə aparıcılıq etdi. Salmanovlar ailəsinin ağsaqqalı Arif Salmanov tərəfindən xatirə bulağının ağ örtüyünü açıldı. O, şəhid Azər Salmanovun keçdiyi qısa, amma cəsur və qəhrəmanlıqla dolu döyüş yolu haqqında məlumat verdi. Xatirə bulağının şəhidin doğma əmisi oğlu Tural Salmanovun şəxsi vəsati hesabına tikildiyi bildirildi.
Tədbirdə Abşeron rayonunun İcra başçısı İradə Gülməmmədova, müharibə veteranı Vidadi Ağagülov, şəhidin atası Vəfadar Salmanov, İTV-nin aparıcısı Jalə Həsənli, xeyriyyəçi iş adamı Kamil Zeynallı, Şəhid İzzətin anası Vəfa xanım, Hacı Ramil, Hacı Şamil Həsənli, Hacı Zahir, Azərbaycanın Milli Qəhrəmanı, Şəhid general Polad Həşimovun anası Səmayə xanım Həşimova, Şəhid Qadir Heydərovun atası, Qazi Rüfət Həsənov, AVMVİB-nin Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov, müharibə veteranı İlham Rüstəmov, müharibə veteranı Ramazan Qurbanov, müharibə veteranı Nazim Əliyev, Tokio olimpiadasında paralimpiyaçılarından olan Olimpiya çempionu Şəhanə, Sumqayt şəhəri YAP Gənclər şöbəsinin sədri çıxış etdilər.
2 sayli orta məktəbin müəllimi Zemfira xanımın və şagirdlərin yadda qalan şeirləri, məzmunlu çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirdə gözəl dini və vətənpərvər mahnıları ilə yadda qalan Günel Məhərrəmli, Nəfəs xanım, Vəfa xanım, Elşən Xəzər, Talıb Taleh, Balabəy, Yaşar Qafanlı, Seyid Taleh Boradigahlı, Tərlan Novxanılı, Elvin Nasir, Şöhrət, Nüşabə Musayeva, Pünhan çıxış etdilər.

Tədbirdə AVMVİB Qubadlı şöbəsinin sədri Təyyar Eminov, Sumqayıt şöbəsinin sədri Teymuraz Mansurov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov, AVMVİB Nəsimi rayonşöbəsinin sədri Elmar Hüseynov, müharibə veteranları Asəf Fərzəliyev, Vidadi Ağagülov, İlham Rüstəmov, Elşad Qafarov Əvəz Abdullayev, Əbülfət Kərimov, Hacı Surxay və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Salmanovlar ailəsi adından Tofiq Salmanov çıxış edərək, tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. Mərasim evində Şəhidin adına ehsan süfrəsi təşkil olundu.
Allah şəhidlərimizə rəhmət eləsin!
