«Röyters» agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüşün baş tutacağı barədə xəbər yayıb.
Məlumata görə G-20 sammiti çərçivəsində Romada olan iki liderin sabah bir araya gələcəyi vurğulanır.
Görüş zamanı Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq, F-16 qırıcılarının satışı məsələlərinin müzakirə olunacağı bildilir.
Agentlik iddia edir ki, Bayden görüşdə böhran və düşüncəsiz addımların ABŞ — Türkiyə münasibətlərinə fayda verməyəcəyini bəyan edəcək.
Başqa bir iddiaya görə isə görüş yeri dəyişdirilib. İqlim sammitindən əvvəl G20 üçün hazırda İtaliyada olan iki liderin görüşü Qlazqoda deyil, Romada keçirəcəkləri irəli sürülüb.
SETA Vaşinqton direktoru Dos. Dr. Kılıç Buğra Kanat «Times of Turkey» adlı rəqəmsal platformadaki yayımda iki lider arasındakı görüşün Qlazqo yerinə Romada keçirilməsinin proqnozlaşdırıldığını bildirib.
Kanat bu qərarın hər iki tərəfin birgə qərarı nəticəsində verildiyini iddia edib. Liderlər iki gün ərzində G20 iclasları üçün İtaliyanın paytaxtı Romada olacaqlar.
Şənbə və bazar günləri G20 görüşlərindən sonra iqlim sammiti üçün Şotlandiyanın paytaxtı Qlazqoya gedəcəklər.