Jillin əri Co Bayden Papanın hüzurunda

ABŞ Prezidenti Co Bayden Vatikana səfəri zamanı özünü Papa Palatasının prefekturasının əməkdaşına “Jillin əri” kimi təqdim edib.

Bayden və həyat yoldaşı Jill Papa Fransisklə görüşmək üçün Vatikana gəliblər.

Baydeni Vatikanda Papa Palatasının prefekturasının regenti monsenyor Leonardo Sapienza və prefekturanın digər əməkdaşları qarşılayıblar.

“Mən Cillin əriyəm”, – ABŞ prezidenti özünü qarşılayanlardan birinə belə təqdim edib.

Amerika liderinin bu addımı ölkəsində müzakirə mövzusuna çevrilib.

Bu, Baydenin Amerika dövlətinin başçısı seçildikdən sonra Vatikana ilk səfəri olsa da, eyni zamanda onun Papa Fransisklə dördüncü görüşüdür.

Bu xəbəri paylaşın: