Zəfər ili ilə bağlı tədbirlər davam edir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


Zəfərimizin 1 illiyi ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) göstərişiylə şəhidlərimizin Anım tədbirləri, şəhid adlarının əbədiləşdirilməsi, fəal üzvlərimizin təltif edilməsi, cəbhədən dönmüş döyüşçülərlə görüşlər Beyləqan rayonunda artıq ənənə halını alıb.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları şəhid Zamiq Eldar oğlu Haciyevin Anım mərasiminə toplaşıblar.


Mərasimdə AVMVİB Rəhbərliyi adından şəhid Zamiq Eldar oğlu Haciyevin valideynlərinə başsağlığı verilib və şəhidlərimizin heç zaman unudulmayacağı qeyd olunub.


Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və AVMVİB Beyləqan rayon şöbəsinin sədr müavini Saməddin Rüstəmov rayonun Dünyamalılar kəndində şəhid Gəray Xəlil oğlu Soltanovun doğum günündə iştirak ediblər.


Tədbirdə iştirak edən məktəblilər şəhidlərimizə həsr edilmiş şeir parçalarını səsləndiriblər.


Rayon şöbələrinin rəhbərləri də 44 günlük Vətən müharibəsi və şəhidlərimiz haqqında öz ürək sözlərini deyiblər.


Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: