Günəşdə baş verən partlayış nəticəsində Yer kürəsində maqnit qasırğası başlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Mütəxəssislərin proqnozuna görə, maqnit qasırğası noyabrın 1-i günortaya qədər davam edəcək.
Qeyd edilib ki, fırtına zəifdir, onun səviyyəsi G1 olaraq müəyyən edilib.
Yerin maqnit sahəsinin Günəşin atdığı plazma ilə ilk təması oktyabrın 30-da səhər, Bakı vaxtı ilə təxminən saat 11:00-da baş verib.
Bu xəbəri paylaşın:
