Füzuli rayonunda şəhidin Anım tədbiri keçirilib

Füzuli rayon Balabəhmənli kəndində şəhid Məhəmməd Aydın oğlu Talıbovun Anım tədbiri keçirilib.

Şəhid Məhəmməd Talıbov Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Şuşa uğrunda gedən əfsanəvi döyüşlərdə şücaət göstərərək şəhid olub. Onun şəhadətindən 1 il keçir.

Şəhidin Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov iştirak ediblər.

Şəhidin ailəsinə başsağlığı verilib və AVMVİB-nin Fəxri fərmanı təqdim edilib.

Müharibə veteranları qeyd ediblər ki, Vətənimizin azadlığı uğrunda öz canlarından keçmiş şəhidlər heç zaman unudulmayacaq. Şəhid Məhəmməd Aydın oğlu Talıbov kimi qəhrəmanlarımız əbədiyyət yolçularıdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Füzuli rayonu

Bu xəbəri paylaşın: