Beyləqanda şəhidin Anım tədbiri keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


Beyləqan rayonu Kəbirli kəndində şəhid Ərəstun Əfşan oğlu Həsənovun Anım mərasimi keçirilib.


Şəhid Ərəstun Əfşan oğlu Həsənov Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.


Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və müharibə veteranları iştirak ediblər.


AVMVİB Rəhbərliyi adından şəhidin valideynlərinə Fəxri fərman təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmayacaq.


Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: