Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Müharibə veteranları Beyləqan rayonu Kəbirli kəndində şəhid Saleh Səməd oğlu Əsədovun ailəsini ziyarət ediblər.
Şəhid ailəsinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından başsağlığı verilib və şəhidin Vətən qarşısındakı xidmətlərinə görə AVMVİB — nin Fəxri fərmanı şəhidin ailəsinə təqdim edilib.
Həmçinin şəhid Saleh Səməd oğlu Əsədovun atası Səməd Əsədova və qardaşları Nizami və Səməd Əsədovlara AVMVİB-nin üzvlük vəsiqələri təqdim olunub.

Ziyarətdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və müharibə veteranları iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bildirib ki, biz şəhidlərimizin ziyarətlərini davam etdirəcəyik. Şəhidlərimiz və onların ailələri unudulmamalıdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan



