Ərdoğanın ölümü ilə bağlı yayılan şayiələrdən sonra Türkiyədə geniş dindirmələr aparılıb

Türkiyə polisi onlarla sosial şəbəkə istifadəçisini prezident Rəcəb Tayyib Ərdoğanın ölümü ilə bağlı şayiələr yaydığına görə araşdırır.  

Məlumata görə, bu cür yalanları yaymaqda şübhəli bilinən 30 nəfər dindirilmək üçün ədliyyə orqanlarına göndərilib.

  Cümə günü yeriməsi çətin görünən Türkiyə prezidentinin fiziki vəziyyəti kiberməkanda geniş şəkildə yayılıb.

  Ərdoğanın kiberməkanda yayıldığı başqa bir videosunda onun hakim partiya üzvləri qarşısında çıxışı zamanı nəzarəti itirməsi göstərilir. Bu da 67 yaşlı Ərdoğanın xəstə olması ilə bağlı fərziyyələrə yol açır.

Mənbə: eastnews.org

P.S. Allah R.T. Ərdoğanı qorusun! Çox yaşa, Rəis!

Bu xəbəri paylaşın: