Zəngilanlı veteranlar Zəfər günü tədbirində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi veteranları Zəngilan rayon 13 saylı tam orta məktəbdə təşkil olunan Zəfər günü tədbirində iştirak ediblər.


Tədbirin yüksək səviyyədə hazırlanmasına görə tədbiri hazırlayan hər kəsə təşəkkürümü bildirirəm.


Zəfər günü tədbirində həm birinci həm də ikinci Vətən Müharibəsi şəhidlərinin ailələri, qaziləri dəvət olunmuşdular. Tədbirin açılışında Azərbaycan Dövlət Himni səsləndirildi, sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.


Tədbirdə çıxış edənlər Ordumuzun 44 günlük zəfərindən bəhs edib, Ali Baş Komandan, Xalq — Ordu birliyinin daima olmasını dilədilər.
Sonda tədbirdə iştirak edən şəhid ailələri 1-ci Qarabag şəhidi Hacıyev Elsəvər 1-ci Qarabag şəhidi Hüseynov Hüseyn, Vətən müharibəsi şəhidi kapitan Nurlan Mustafayev, qazilər və veteranlar məktəb kollektivi tərəfindən hazırlanan Fəxri Fərmanla təltif olundular.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi olaraq, tədbiri hazırlayan müəllimləri və tədbirdə fərqlənən şagirdləri AVMVİB Zəngilan rayon şöbəsinin Fəxri Fərmanları ilə təltif etdik.


Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az-ın müxbiri

Bu xəbəri paylaşın: