Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi veteranları Nizami rayon 109 saylı tam orta məktəbdə Zəfər Günü ilə bağlı təşkil olunan siniflər arası idman yarışının final oyununda iştirak ediblər.

Final mərhələsində məktəbin 6a və 6b sinifi qarşılaşdı və 6 b sinifi yarışda qalib gəldi. Bu bir oyun idi və həm qalib komanda, həm də o biri komanda məktəb rəhbərliyi tərəfindən Zəfər Günü münasibətiynən Diplomla təltif olundular.
Tədbirdə 109 saylı məktəbin məzunu 2017-ci ildə Talış istiqamətində şəhid olan kəşfiyyatçı Qasımov Zakirin anası Kəmalə xanımda iştirak edirdi.
Tədbirin sonunda şəhidimizin anası Kəmalə xanımla birlikdə məktəbin həyətində Şəhidlər ağacı adlı aksiyada iştirak edib ağac əkmə kompaniyasında iştirak etdik.
Şəhidlər ölməz, Vətən Bölünməz!
QARABAĞ AZƏRBAYCANDIR!
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az-ın müxbiri






