Azərbaycanda koronavirus: 1763 yeni yoluxma

Son məlumatlara görə, Azərbaycanda koronavirus infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər ölüb.

Bir gün qabaq yeni yoluxmaların sayı 2233, ölənlərin sayı isə 28 nəfər olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 20-də açıqladığı məlumata görə, indiyədək koronavirus infeksiyasına yoluxanların ümumi sayı 572 min 85 nəfərdir.

Onlardan 535 min 674 nəfər müalicə olunaraq sağalıb, 7 min 599 nəfər vəfat edib.

Hazırda müalicə olunan xəstələrin sayı 28 min 812-dir.

Bu xəbəri paylaşın: