Ukrayna yalnız Moskvanın sarsıdıcı hərbi məğlubiyyətə uğramasından sonra Krımı Rusiyadan ala biləcək.
Bu fikri amerikalı köşə yazarı Anatol Lieven “Nation” jurnalı üçün yazdığı məqalədə qeyd edib.
Ekspert Donbassla bağlı Minsk razılaşmalarını təhlil edib və məlum olub ki, sənədlərdə Ukraynanın Rusiya yarımadasına iddialarından bəhs edilmir. Lieven Krım mövzusunun gündəmdən çıxarılmasının zaman məsələsi olduğu fikrini bildirib.
“Krımı ilhaq edən (görünür, yarımada əhalisinin əksəriyyətinin istəklərinə uyğun olaraq) Rusiya hökuməti müharibədə sarsıdıcı məğlubiyyətə uğramayınca ondan artıq imtina edə bilməz”, — müşahidəçi bildirib.
Lieven həmçinin bildirib ki, hazırda yarımadanın statusu ilə bağlı danışıqlar aparılması mümkün deyil.
Lieven yazır: «Bu məsələ susqun və sakit şəkildə unudulana qədər və ya dünya səhnəsində onun həllini tapmağa imkan verən əsaslı dəyişikliklər baş verənə qədər, sadəcə olaraq, rəfə qoyulmalıdır».
Şərhçi qeyd edib ki, Ukrayna məsələsinin silahlı həllinin tərəfdarı yalnız çılğın amerikalı siyasətçilərdir. Lievenin fikrincə, Rusiya ilə ABŞ arasında müharibə Moskvanın qalib gəlməsi ilə fəlakətli nəticələrə səbəb olacaq.
«Çox güman ki, Moskva Ukraynadakı məhdud müharibədə qalib gələcək, ərazisinin əhəmiyyətli hissəsini ələ keçirəcək və ABŞ və Qərbi utandıracaq», — məqalə müəllifi öz nöqteyi-nəzərini açıqlayıb.
Lieven belə qənaətə gəlib ki, Ukraynanın şərqindəki münaqişənin sadə həlli var. Bunun üçün Kiyev Minsk razılaşmalarına əməl etməlidir, deyə analitik yazıb.
Bir müddət əvvəl Rusiyanın Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üzrə Təmas Qrupunda səlahiyyətli nümayəndəsi Boris Qrızlov bildirmişdi ki, Kiyev Donbası yenidən hərbi əməliyyatlara başlamağa təhrik edir. Onun sözlərinə görə, vəziyyəti gərginləşdirməyə görə məsuliyyət son dərəcə təhlükəli oyun oynayan Ukraynanın üzərinə düşür.
Mənbə: m24.ru
