AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyyatda olan mayor Pirizadə Bəylər oğlu Bəybalayevi doğum günü münasibətilə səmimi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Ehtiyyatda olan mayor Bəybalayev Pirizadə Bəylər oğlu 22 noyabr 1961-ci ildə Quba rayonun Alekseyevka kəndində anadan olub.
O, 1976-cı ildə Quba rayonunun Alekseyevka kənd orta məktəbini, 1980-ci ildə, «Şərəf Ordenli Quba Savxoz texnikomunu , 1992-ci ildə Dağıstan Respublikasının Politexnik İnstitutunun Avtomobillərin istismarı və təmiri fakultəsini bitirib.
Mayor Bəybalayev Pirizadə Bəylər oğlu 1980-1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sakit Okianda yerləşən Hərbi Dəniz Qüvvələrində müdddətli həqqi hərbi xidmətdə olub.
1986- 1993 cü illərdə Elektorata zavodunda daha sonra Dövlət Plan komitəsinin «Kvand » Elm İstehsalat birliyində baş direktorun müavini vəzifəsində işləyib.
1993- 2009 -cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Daxili Qoşunların Baş İdarəsinin Nərimanov, Xəzər, Binəqədi, Xətai rayonlarında yerləşən hərbi hissələrdə və ali hərbi məktəbdə taqım komandiri, böluk komandiri, Avtomobil və zirehli texnika xidmətinin rəisi, Avtomobil və zirehli teknikanın təmiri bazasının rəisi, Mənzil istismar xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Maddi texniki təminat idarəsinidə isə müvafiq vəzifədə xidmət etmişdir. O, 2009-2016 -cı illərdə Hərbiləşdirilmiş Mühafizə idərəsində çalışmışdır. İki övladı, beş nəvəsi var.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə,döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Bəybalayev Pirizadə Bəylər oğlu Xidmətdə fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Silahlı Qüvvələrinin yaranmasının 70-iliyi, 10-illiyi və 90illiyi yubley, ilə,»Qüsursuz xidmətə görə » isə 2-ci və 3-cü dərəcəli medallarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, PİRİZADƏ BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




