Şuşa fatehlərindən olan şəhid baş letenant Elşad Zaməddin oğlu Allahverdiyevin Anım mərasimi və şəhidin əziz xatirəsinə həsr olunmuş Ehsan Bulağının açılışı olub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Həbib Hüseynovun bildirdiyinə görə, tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri, o cümlədən Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi iştirak etdilər.
Şəhid baş leytenant Elşad Allahverdiyevin ruhuna dualar oxunmuş və onun qəhrəmanlıq dolu qısa həyat yolu yad edildi.
Allah rəhmət eləsin!
Elnur Səlim








