Dünyanın müalicəsində aciz qaldığı kontuziyanın müalicəsini bizimkilər «tapıb»

Redaksiyadan: Bu yazını oxuyunca yadıma «həkim-eksperti» döyən kontuziyalı müharibə əlili Bərdə rayon sakini, 58 yaşlı Şamayıl Mustafayev, sosial sahədən başqa hər şeyi bilən Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, onun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və kontuziyalı müharibə əlilinə xuliqanlıq faktı üzrə cinayət işi başlayan polislərimiz düşdü. Əliliyi ləğv edilmiş Ş. Mustafayevin tibbi diaqnozu “kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s. olub. Bunu ekspert gözəyarı yoxlaya bilirsə, türklər demiş, nə əla, məmləkət. Dünya bu sahədə çox çalışsa da əziyyət çəkməkdədir. Amma Sahil Babayev nazir təyin olunandan bəri xeyli kontuziyanı «müalicə edə bilib». Ona görə də bu «qabaqcıl təcrübəni» bu sahədə geridə qalmış ABŞ, Almaniya, Rusiya və hətta Çin kimi ölkələrdə yaymaq zamanı deyilmi? Nə çoxdu «ağ xalatlı» sehrbaz həkimlərimiz, «ixrac edək» bu ölkələrə, qoy həm bizi bir də tanısınlar, həm də kontuziyadan əziyyət çəkən döyüşçüləri müalicə etsinlər. Yəqin ki, bu «doxdur-ekspertlər» kontuziya almış xəstələri «Çitraxuda işvara» duasıyla müalicə edirlər. Çünki Azərbaycanda tam əminliklə deyirəm ki, kontuziyadan müalicə edə bilən bir nəfər də həkimimiz yoxdu. Azca anlayışı olan bir-iki həkimimiz vardı və onlar da artıq hərbi hospitallardan təqaüdə çıxıblar.


Ukraynanın bu sahədəki elmi araşdırmalari və tibbi yanaşmaları əks olunmuş bu yazını oxucuların diqqətinə çatdırırıq. Burada Uraynanın «Antiterror əməliyyatı» — ATO («Антитеррористическая операция») iştirak etmiş və kontuziya almış əsgərlərlə bağlı əsil həkimlərin ciddi narahatlığını sizlərə təqdim edirik:

Daha əvvəl onlarla görüşməmişdik. Müharibə haqqında filmlərdə nələri görmüşdük. Senaristin təsvir etdiyi, hörmətə və rəğbətə layiq baş qəhrəman, hətta ağır yaralandıqdan sonra belə xidmətə qayıdan cəbhəçi bir əsgərdir…


O, evə qayıtdı — fərqi yoxdur, topaldı, bir qolu yoxdu və ya üzündə çapıq var — qalib bir əsgər kimi geri qayıtdı. Kadrda o həm də laqeyd, bir az səliqəsiz, özbaşına, hər an inciməyə, partlamağa hazır birisidir, üstəlik, o, həm də içki aludəçisidir. Onun bütün problemləri sadəcə olaraq belə izah edilir: KONTUZİYA!


Süjet xətti nadir hallarda belə bir qəhrəmanı rifaha aparır. Onun heç bir günahı yox idi — başqaları ilə bərabər döyüşürdü, güllələrdən gizlənmirdi. O, şanslı görünürdü: düşmən gülləsi onu öldürmədi, şikəst etmədi — o, sadəcə sarsıntı keçirdi. Evə, zahirən sağ-salamat qayıtdı, amma tezliklə hamı ondan bezdi, heç kim ondan razı qalmadı. Sakit anlarında ailə üçün yükə çevrildiyini anlayır. Bu ağrıyla necə yaşamaq olar? Kino bu suala müxtəlif cavablar təklif edir.


Bəs həyatda?

Donbasda müharibə dörd ildir ki, davam edir. Minlərlə əsgərimiz müxtəlif dərəcəli bədən xəsarətləri alıb, müalicə və reabilitasiya kurslarından keçib. Yaralıların qayğısına təkcə həkimlər, yaxın qohumlar deyil, könüllülər, belə çətin vəziyyətdə onlara kömək etməyi özünə borc hesab edən hər kəs qalır. Eyni zamanda beyin silkələnməsi alan döyüşçülər sanki kölgədə qalıblar. Çoxları təəccüblənir: «Onların nəyi var? Onların əlləri və ayaqları yerindədir, heç bir xəsarəti gözə görünmür. Onu partlayışın dalğası və ya başına bir şey dəyib, amma bunları xırda şeylər sayırlar — nə yara, nə də ciddi xəstəliyi var. Hazırda buna görə hətta bir diaqnoz belə qoyulmur.
— Dəqiq rəqəm söyləmək çətindir (bir çox səbəblərə görə). Ukrayna Hərbi Tibb Akademiyasının rəis müavini, tibb xidmətinin polkovniki, professor Vsevolod Steblyuk baş xəsarətləri 33-45% arasında dəyişir.


ATO-nun müxtəlif dövrlərini nəzərə almaq lazımdır. Əgər 2016-cı ildə kəllə-beyin travmaları bütün döyüş xəsarətlərinin üçdə birini təşkil edirdisə, indi müharibənin xarakterinin dəyişməsi ilə əlaqədar bu rəqəm 40%-ə yüksəlib. Ümumilikdə, təxminən 80% beyin sarsıntısı adlanan kiçik baş zədəsidir.


Yaralı əsgərlərin ümumi sayını bilməklə onlardan neçəsinin sarsıntı keçirdiyini müəyyən edə bilərsiniz. Ancaq bu rəqəmə daha 30% əlavə etməlisiniz — bunlar gizli hallardır. Xüsusilə 2014-2015-ci illərdə, aktiv hərbi əməliyyatların aparıldığı illərdə onların sayı çox idi. Sonra hər şeyi düzəltmək, diaqnoz qoymaq üçün heç bir yol yox idi — nə vaxt, nə də tibb işçiləri. Əsgərlərin həyatını xilas etmək üçün ilk növbədə, əlbəttə ki, yaralarla məşğul olurdular, buna görə də sənədlərdə müvafiq qeydlər yox idi.

İndi biz ATO veteranlarının müayinəsini aparırıq, əsas varsa, “beyin travmasının nəticələri” diaqnozunu qoyuruq.


— Ümumi zədələrin 33%-ni götürsək, latent halların 30%-ni də əlavə etsək, yekun rəqəm necə olacaq? Sayı minlərlədir?


— Bəli, minlərlə.


— Necə olur ki, kontuziyalı adamlar var, amma belə bir diaqnoz yoxdur?


— Kontuziya qapalı kəllə-beyin travmasıdır. Hazırda Ukraynada qüvvədə olan “X Beynəlxalq Xəstəliklər Təsnifatı” (X ICD) tətbiq olunanda nədənsə ingilis dilindən deyil, rus dilindən Ukrayna dilinə tərcümə etdilər. İngilis dilində bu, həm zədələnmə, həm də beynin sarsıntısıdır, başqa sözlə, qapalı kəllə-beyin zədəsidir.

— Tibb sahəsində “tərcümə çətinlikləri” ucbatından, xüsusən də mənbə əsas götürülmürsə, terminologiya ilə tez-tez çaşqınlıq olur. Bəs özlərinə qarşı haqsızlıq edildiyinə inanan insanlar haqqında nə demək olar? Sənədlərində “kontuziya” sözünü başa düşülən və ümumi qəbul edilən olduğu üçün axtarırlar.


— Xəstəliyin hərbi şəhadətnamələrində Vətənin müdafiəsi zamanı alınan yara, travma və ya kontuziya (həmçinin xəstəlik) yazılır.
Mütəxəssislər kontuziyanı beynin kəllə içərisində hərəkəti nəticəsində yaranan zədə kimi təyin edirlər. Bu, partlayışın dalğası, hər hansı bir obyektin başa düşməsi və ya hündürlükdən yıxılma zamanı baş verir. Vurğulamaq istəyirəm ki, kontuziya yüngül dərəcəlidirsə, zədə ağır deyilsə, kəskin təzahürlər müvafiq rejimə riayət etməklə müalicə olmadan 21 gün ərzində yox olur.

Kontuziya özlüyündə ilkin zədələnmə ilə deyil, nəticələri ilə çox təhlükəlidir. Rejim müşahidə edilərsə və həkimin tövsiyələrinə əməl edilərsə, 70% hallarda kontuziya fəsadsız ötüb keçir. Lakin 30% beyin sarsıntısından sonrakı proseslər sindroma çevrilir. Yeri gəlmişkən, bu diaqnoz X ICD (Х МКБ) -dədir.


Bu patologiyanın əsas simptomları psixi sağlamlığın üç komponentinin pozulmasıdır. Birincisi, fiziki cəhətdən — bunlar baş ağrısı, zəiflik, səsə dözümsüzlük. İkincisi, emosional — əhval dəyişikliyi, təcavüzkar hücumları, depressiv vəziyyətlər. Üçüncüsü, koqnitiv — yaddaş pozğunluğu, diqqət konsentrasiyanın pozulması və əmək qabiliyyətinin pozulması. Bundan əlavə, yuxu pozğunluğu və alkoqola dözümün azaldığı görünür. Bunun mənası nədir? Əvvəllər keflənmək üçün bir şüşə içmək lazım idisə, indi 100 qram kifayət edir. Kontuziya (Beyin sarsıntısı keçirmiş) almış insanlar arasında alkoqolizmin artması bununla əlaqələndirilir.


— Deməli buna görə kontuziyalılar belə tez keflənirlər. Təəssüf ki, bəzi dostlar tez-tez bu işdə onlara «kömək edir» və təklif edirlər: «Bir az içki içsən, sənin üçün daha asan olacaq».

Ardı var

Tərcümə Fedai.az Araşdırma Qrupuna aiddir

Bu xəbəri paylaşın: