TƏBRİK: MUSAYEV NATİQ PƏNAH OĞLU — 59

    İnsan üçün ən yadda qalan günlərdən biri də onun doğum günüdür. Yaşın üstə gələn bu yaş qalandıqca insan daha da kamilləşir. Belə insanlardan biri də ehtiyatda olan mayor Musayev Natiq Pənah oğludur. 25 noyabr onun  59 yaşı yaşı tamam olur. Bu gün münasibətilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Musayev Natiq Pənah oğlunu  doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadati və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

      Musayev Natiq Pənah oğlu 25 noyabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dünyaya göz açıb.

     O, 1980-ci ildə Naxçıvan şəhərində orta məktəbi, 1988-ci ildə M.F. Axundov adına  Azərbaycan Pedaqoji  Rus dili  və Ədəbiyyatı İnstitunu,  1999-ci ildə  isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi məktəbini (zabitlərin təhkimləşdirmə  kursnu) bitirib.

      Ehtiyyatda olan mayor Natiq Punhan oğlu Musayev Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrində ,Daxili Qoşunların Bas İdarəsində və Binəqədi, Xətai rayonlarında yerləşən hərbi hissələrində keçirilən metodiki-təlim toplanışlarda, komanda-qərargah məşqlərində, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal  iştirak etmişdir.

    Peşəkarlığı və humanistliyi ilə, nəzəri  və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyət ilə  secilən ömrünün  ən məhsuldar dövrünün 22-ildən  çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirib.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Azərbaycan Respublikasının  Konstitusiyasına və Qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının şərəf hissi ilə yerınə yetirmişdir.

     Azərbaycan respublikasınında ictimai  qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda ,şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizə də, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    Natiq Musayev qorxmaz, insanpərvər, saxavətli, əliaçıq və zəhmətkeş zabit olmuşdur. O,istər təhsil aldığı  ali və orta təhsil müəssisələrində,  istərsədə xidmət etdiyi və işlədiyi kolektiv, dost- tanış, qohum-əqrəba  arasında özünə layiq hörmət qazanmışdır.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının  Daxili İşlər Nazirinin, hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə  Daxil Qoşunlarda Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri  «Qüsursuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə  10 -illiyi və 90-iliyi yubiley  medaları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NATİQ BƏY!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: