AVMVİB-də yeni təyinat

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsinə AVMVİB sədri Füzuli Rzaquliyevin əmriylə yeni sədr təyin edilib.


Ehtiyatda olan kapitan Məmmədov Böyükağa Ağəli oğlu AVMVİB Neftçala rayon şöbəsinin sədri təyin olunub. Köhnə sədr fəaliyyətsizliyinə görə tutduğu vəzifədən azad olunub.


Böyükağa Məmmədov, 10.04 1957-ci ildə Neftçala rayonunda anadan olub. 1974-cu ildə Neftçala rayon un 26 qəsəbə orta məktəbini, 1981-ci ildə Ukrayna Respublikasında gizirlər məktəbini, 1989-cu ildə Neftçala Neft-kimya texnikumunu bitrib.

1975-1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətə olub. 1981 — 1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Əfqanistanda, Ukrayna respublikasında , Neftçala və Xətai rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə, 1992-2006- ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ağdam, Füzuli və Xətai rayonlarında, Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə böluk komandiri, tabor komandirinin müavinini, Qərargah rəisinin xidmət üzrə baş köməkçisi vəzifələrində xidmət edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl isiqamətində) gedən döyüşlərdə iştirak edib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri F. Rzaquliyev yeni sədri təyinatla bağlı təbrik edib və gələcək fəaliyyətində uğurlar diləyib.


Təbrik edir və uğurlar diləyirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: