İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb.

Dövlət başçısı rusiyalı həmkarına Azərbaycan xalqı və öz adından Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərlə bağlı başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Xatırladaq ki, qəza nəticəsində 57 nəfər həlak olub.

Bu xəbəri paylaşın: