«Forbes» jurnalı Türkiyənin pilotsuz hava və quru aparatları texnologiyası sahəsində əldə etdiyi uğurlar nəticəsində ABŞ-ın bu bazarda ən ciddi iki rəqibindən biri olacağını yazıb.
Bu barədə ekspert David Hamblinqin sözügedən nəşr üçün yazdığı məqalədə qeyd olunub.
ABŞ PUA-larının gücündən geniş danışan Hamblinq bu hərbi texnikanın təlimlərdə istifadə olunmağa başlandığını bildirib. O bu sahədə ən ciddi rəqib kimi Türkiyə və Rusiyanı göstərib.
Hamblinq Türkiyə yaxın illərdə İHA-larda olduğu kimi robot hərbi texnika sahəsində də bu bazarda əhəmiyyətli bir güc olacağını vurğulayıb.
Mənbə: Ölkə.Az
Bu xəbəri paylaşın:
